SOCAR bu il Azərbaycanda 6 mln. tondan çox neft emal edib

SOCAR bu il Azərbaycanda 6 mln. tondan çox neft emal edib
  • Clock-gray 12:55
  • calendar-gray 30 Dekabr 2019

Bu il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 6 mln. tondan artıq neft emal edib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Bu il Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 6,1 mln. tondan artıq neft emal edilib və dövlət tərəfindən bizim qarşımızda qoyulan planı tam yerinə yetirmişik", - deyə, İ. Əhmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə neft emalı həcmləri stabildir. Buna baxmayaraq, gələcəkdə NEZ-in təkmilləşdirmə və yenidənqurma prosesi bitdikdən sonra ölkədə ildə 7,5 mln. ton neft emal etmək mümkün olacaq. 

Hazırda SOCAR hasil etdiyi neftinin əhəmiyyətli hissəsini Azərbaycanda emala göndərir: "Yəqin ki, Heydər Əliyev adına NEZ-də təkmilləşdirilmə və yenidənqurma işləri bitəndən sonra SOCAR tərəfindən istehsal edilən neft həcmləri tam emala yönəldiləcək", - İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, NEZ aparılan təkmilləşdirilmə və yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə zavodun istehsalat həcminin 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-da hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date