SOCAR-ın Türkiyədəki NEZ-i məhsul ixracını yanvarda 2,6 dəfə artırıb

SOCAR-ın Türkiyədəki NEZ-i məhsul ixracını yanvarda 2,6 dəfə artırıb
  • Clock-gray 11:50
  • calendar-gray 01 Aprel 2020

Bu ilin yanvar ayı ərzində Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 92,84 min tondan artıq neft məsulları ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvarında zavod 35,09 min tona yaxın məhsul ixrac edib.

Məlumata əsasən, bu ilin may ayında NEZ Türkiyənin daxili bazarına neft məhsulları yönəltməyib. 2019-cu ilin yanvarında isə bu göstərici 1 303 ton olub.

Bundan başqa, cari ilin yanvarında NEZ 882,2 min ton neft idxal edib ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 22 dəfədən çox artıb.

Ötən il "Star Rafineri" 1,28 mln. tondan artıq neft məsulları ixrac edib. 2019-cu ildə zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Məlumata əsasən, ötən il NEZ Türkiyənin daxili bazarına 759,2 min tona yaxın neft məhsulları yönəldib.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu 2018-ci ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

Emil İsmayılov

Digər xəbərlər