SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını kəskin artırıb

SOCAR-ın Türkiyədəki NEZ-i neft məhsullarının ixracını kəskin artırıb
  • Clock-gray 12:44
  • calendar-gray 30 İyul 2020

Bu ilin yanvar-may ayları ərzində Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 1 039,6 min ton neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-may aylarında zavod 882,67 min tona yaxın məhsul ixrac edib.

Məlumata əsasən, bu ilin beş ayında NEZ 4,2 mln. tona yaxın neft idxal edib ki, bu göstərici ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,1 dəfə artıb (2019-cu ilin yanvar-may aylarında bu göstərici 2 mln. tona yaxın olub).

Ötən il "Star Rafineri" 1,28 mln. tondan artıq neft məsulları ixrac edib. 2019-cu ildə zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər