SOCAR yeni strateji inkişaf planının təsdiqlənməsinə hazırlaşır

SOCAR yeni strateji inkişaf planının təsdiqlənməsinə hazırlaşır
  • Clock-gray 13:09
  • calendar-gray 28 İyul 2020

SOCAR-ın 2035-ci ilədək dövrü əhatə edəcək yeni strateji inkişaf planının hazırlanması bu ilin payız mövsümünədək tamamlana bilər.

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti  Xalik Məmmədov şirkətdə İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı deyib.

Onun sözlərinə görə, yeni strateji inkişaf planının hazırlanmasını "McKinsey" məşvərətçi şirkəti həyata keçirir.

"Sənədin hazırlanması yekunlaşdırılma mərhələsindədir və yəqin ki, sentyabra qədər tamamlanacaq”, - deyə, X. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, neft-qaz sahəsində yer alan dəyişikliklər və zamanın yeni tələbləri enerji şirkətlərinin qabağında yeni məqsədlər qoyur. SOCAR da yeni inkişaf strategiyası çərçivəsində kimya, kəşfiyyat, hasilat və rəqəmsal texnologiyalar və süni intellekt sahələrində işləmələrini daha da dərinləşdirəcək və inkişaf etdirəcək.

Emil İsmayılov

Digər xəbərlər