"Şimal axını-2" kəmərinin tikintisi avqustun 3-dən sonra bərpa edilə bilər

"Şimal axını-2" kəmərinin tikintisi avqustun 3-dən sonra bərpa edilə bilər
  • Clock-gray 16:55
  • calendar-gray 06 İyul 2020

"Şimal axını-2" qaz kəmərinin tikintisi bu ilin avqust ayının 3-dən tez bərpa oluna bilməz.

Bu barədə "APA-Economics" Danimarkanın Enerji Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, daha öncə Agentlik "Şimal axını-2" qaz kəməri tikintisinin layihə operatoru olan  “Nord Stream 2 AG” şirkətinə Bornholm adasının cənub-şərqindəki "Nord axını 2" qaz boru kəmərinin yarımçıq qalan hissəsinin tikintisində lövbər mövqeyi olan gəmilərin istifadəsinə icazə verdi. Agentlik vurğulayıb ki, boru kəmərinin Danimarkanın eksklüziv iqtisadi zonasından keçən hissəsi dəniz mühitinə zəhərli batırılmış kimyəvi maddələrinin daşması riski səbəbində lövbərlərin istifadəsi və dib işlərinin aparılması tövsiyə edilmədiyi ərazidən kənarda yerləşir.

Məlumata əsasən, qərar verildiyi andan avqustun 3-dək Agentliyin qərarı ilə bağlı razı olmayanlar ölkənin şikayətlər üzrə Enerji Şurasına müraciət edə bilər.

"İcazə apelyasiya vermək üçün son tarixə qədər istifadə edilə bilməz", - Agentliyin məlumatında deyilir.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Emil İsmayılov

Digər xəbərlər