"Şimal axını" fəaliyyətini müvəqqəti dayandırır

"Şimal axını" fəaliyyətini müvəqqəti dayandırır
  • Clock-gray 10:55
  • calendar-gray 14 İyul 2020

"Nord Stream AG" şirkəti çərşənbə axşamı fəaliyyətdə olan "Şimal axını" qaz boru kəmərinin hər iki xəttini texniki xidmətin göstərilməsi məqsədilə iyulun 26-dək dayandırıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, qazın yuxarı və aşağı axınının daşınması üzrə texniki cədvəl razılaşdırılıb və tərəfdaşlarla koordinasiya edilib. "Nord Stream AG"nin idarəedici direktoru Aleksey Zaytsev qeyd edib ki, mexaniki hissələrin və avtomatlaşdırma sistemlərinin müntəzəm yoxlanılması və saxlanması boru kəmərləri sisteminin səmərəli, təhlükəsiz və etibarlı işləməsini təmin etmək üçün vacib şərtlərdəndir.

Qeyd edək ki, "Şimal axını" Rusiyadan Baltik dənizi ilə Avropaya qaz ixrac edən boru kəməridir. Uzunluğu 1 224 km olan kəmərin illik ötürmə gücü 55 mlrd. kubmetrdir. Kəmərin ilk xətti 2011-ci ilin noyabr ayında, ikinci xətti isə 2012-ci ilin oktyabrında istismara verilib

APA-Economics

Digər xəbərlər