Səudiyyə Ərəbistanı "OPEC+" sazişi çərçivəsində gələn il üçün hasilat artımı üzrə planı ləğv etmək niyyətindədir

Səudiyyə Ərəbistanı "OPEC+" sazişi çərçivəsində gələn il üçün hasilat artımı üzrə planı ləğv etmək niyyətindədir
  • Clock-gray 10:27
  • calendar-gray 09 Oktyabr 2020

Səudiyyə Ərəbistanı "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələrin neft hasilatının azaldılması üzrə təşəbbüsü) sazişi çərçivəsində gələn il neft hasilatının artımı planının ləğvini nəzərdən keçirir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi, dünyada COVID-19 pandemiyasının yoluxma hallarının çoxalması və Liviyada neft hasilatının bərpa olunması fonunda dünyada xam neft ehtiyatlarının artması ehtimalı göstərilir.

"Wall Street Journal"ın mənbələrə istinadən verdiyi məlumata görə, bazar gündəlik əlavə 2 mln. barel neft qəbul edə bilməz.

Qeyd edək ki, yeni "OPEC+" razılaşması cari ilin may ayında qüvvəyə minib. Təşkilata üzv olan ölkələr gündəlik neft hasilatını üç ay ərzində 9,7 mln. barel azaltmağa başladı. Avqust ayından alyans hasilatı azaltmağı davam edib, lakin daha az həcmlərdə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə 2022-ci il aprelin sonuna qədər 5,8 mln. barel.

Mirsəid İbrahimzadə

Digər xəbərlər