Tacikistan torpaqların monitorinqi üçün Azərbaycanın peykindən istifadə edəcək

Tacikistan torpaqların monitorinqi üçün Azərbaycanın peykindən istifadə edəcək
  • Clock-gray 20:17
  • calendar-gray 30 Mart 2020

 

Azərbaycanın “Azersky” aşağı orbitli peykindən əldə olunan təsvirlər əsasında Tacikistanda kənd təsərrüfatı sahəsində istifadə olunacaq. 

ASC-dən "APA-Economics"ə verilən məlumata görə“ "Azərkosmos” Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi seçilib.

Peykdən əldə olunan təsvirlər əsasında Azərbaycan peyk operatoru torpaqların monitorinqi və məhsuldarlığın proqnozlaşdırılması üzrə konsultasiya xidməti göstərəcək. “Azərkosmos” sözügedən layihəni Tacikistanın su ehtiyatlarının idarə olunması üzrə fəaliyyət göstərən “OBRU” təşkilatı ilə birgə icra edəcək.

Qeyd edək ki, beynəlxalq rəqabətli tender prosesində “Azərkosmos”la yanaşı 15-ə yaxın şirkət iştirak edib.

 

apa-logo-mini

Digər xəbərlər