Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 20,5% artırıb
  • Clock-gray 10:49
  • calendar-gray 30 May 2020

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 2 729,24 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,54% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar-mart aylarında Azərbaycandan 2 264,23 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-martda bu ölkədən Türkiyəyə təxminən 3 711,84 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə  2 029,21 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-mart aylarında Türkiyənin qaz idxalı 15 191,17 mln. kubmetr təşkil edib. 

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər