Türkiyə neft məhsullarının idxalında qənaət edəcək

Türkiyə neft məhsullarının idxalında qənaət edəcək
  • Clock-gray 17:00
  • calendar-gray 27 Dekabr 2019

Bu il (dekabrın 25-dək) SOCAR-ın Türkiyədəki "Star Rafineri" neft emalı zavodunda (NEZ) 7 mln. ton xam neft emal edilib.

Bunu "APA-Economics"ə "SOCAR Turkey"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib.

Onun sözlərinə görə, NEZ-in işləməsi Türkiyəyə neft məhsullarının idxalında ildə 1,5 mlrd. ABŞ doları qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin ildə 10 mln. ton nefti NEZ ancaq 2020-ci ildən etibarən emal etməyə başlayacaq.

M. LeKomptenin sözlərinə görə, hazırda "SOCAR Turkey" şirkəti tərəfindən İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin tikintisi ("Merkuri" layihəsi) layihəsi çərçivəsində işlər davam edir.

"Layihə ilə bağlı hazırda dizayn və ilkin mühəndislik işləri aparılır", - deyə M. LeKompte qeyd edib.

Onun sözlərinə görə, bu "Merkuri" layihəsi üzrə son investisiya qərarın qəbul edilməsi ilə bağlı məlumatlar gələr il ərzində təqdim olunacaq. 

Xatırladaq ki, "Merkuri" layihəsi” SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir. Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.

Öncə bildirilmişdir ki, yeni kompleksinin tikintisinə 2020-ci ildə start verilə bilər. Yeni müəssisənin istifadəyə verilməsi 2023-2025-ci illərdə baş tuta bilər. Layihə "SOCAR Turkey" və BP şirkətləri tərəfindən birgə həyata keçiriləcək. "Petkim" yeni kompleksdə səhmdar qismində çıxış edəcək. Layihənin dəqiq reallaşdırılma müddəti və dəyəri mühəndis dizaynının bitməsindən sonra müəyyənləşəcək.

Xatırladaq ki, kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date