Ukrayna Aİ-dən qaz idxalını 24% artırıb

Ukrayna Aİ-dən qaz idxalını 24% artırıb
  • Clock-gray 10:25
  • calendar-gray 02 İyul 2020

Bu ilin ilk yarısında Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 24% artıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Ukraynanın QTS Operatoru" şirkətinin mətbuat xidməti bildirib.

"2020-ci ilin ilk yarısında Aİ-dən Ukraynaya verilən ümumi təbii qazın həcmi 7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% (1,3 mlrd. kubmetr) çoxdur", - məlumatda deyilir. Bu rəqəmlər 2016-2019-cu illərdəki orta göstəricidən 40% çoxdur.

Ukrayna şirkətinin məlumatına görə, 2020-ci ilin iyun ayında Ukraynaya 1,8 mlrd. kubmetr qaz idxal edilib. Bu da 2019-cu ilin iyun ayı ilə müqayisədə 9%, 2020-ci ilin may ayına nisbətən isə 36% çoxdur.

Cari ilin yanvar-iyun aylarında Ukrayna Slovakiyadan 3,9 mlrd. kubmetr, Macarıstandan 2,2 mlrd. kubmetr, Polşadan isə 0,9 mlrd. kubmetr qaz idxal edib.

Hazırda Ukrayna "mavi yanacağı" yalnız Aİ ölkələrindən alır. Rusiyadan qaz 2015-ci ilin noyabr ayından etibarən idxal edilmir.

APA-Economics

Digər xəbərlər