Vahid Ələkbərov: "Xəzər dənizində inkişafımızı davam etdiririk"

Vahid Ələkbərov: "Xəzər dənizində inkişafımızı davam etdiririk"
  • Clock-gray 16:22
  • calendar-gray 28 Yanvar 2020

Yaxın 10 il ərzində Rusiyanın "Lukoil" neft şirkəti layihələrin inkişafına 100 mlrd. ABŞ dollarından çox sərmayə yatıra bilər.

"APA-Economics"in Rusiya Prezidentinin rəsmi veb-səhifəsinə istinadən verdiyi məlumata görə, bunu "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

"Hazırda yeni inkişaf strategiyasını hazırlayırıq və növbəti 10 il ərzində, ilk növbədə Rusiyadakı layihələrə sərmayələr 100 mlrd. dollardan çox ola bilər", - deyə V. Ələkbərov qeyd edib.

V. Ələkbərov onu da əlavə edib ki, hazırda şirkət Xəzər dənizində öz iqtisadi inkişafını davam etdirir.

Qeyd edək ki, öncə Vahid Ələkbərov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Müraciətində V. Ələkbərov Xəzərin Rusiya sektorunda yerləşən 3 sahədə ("Tüleniy-1", "Tüleniy-2" və "Tüleniy-3") geoloji kəşfiyyatın aparılması üçün icazə istəyib. Dənizdəki sahələri əldə etmək üçün V. Ələkbərov 2016-cı ildə Təbiət Nazirliyi tərəfindən irəli sürdüyü prinsipdən istifadə etməyi təklif edib. Prinsipə əsasən, qurum hərrac keçirmədən tələb edilən ərazi üzrə geoloji kəşfiyyat keçirmək üçün lisenziya verə bilər. Eyni zamanda, digər şirkətlər bu sahə üzrə iddia ilə çıxış etməməlidirlər.

V. Ələkbərov məktubda (müraciətdə) yaxın 3 ildə şirkətin dörd kəşfiyyat quyusu qazmağı və 3 min kvadratmetr km. ərazidə 3D (üç ölçülü) seysmik tədqiqat aparmağı planlaşdırdığını da bildirib. Hazırda şirkət Xəzərin Rusiya sektorundakı yalnız iki yatağında işləyir – "Filanovski" və "Korçagin".

Bundan başqa, bu yaxınlarda SOCAR və Rusiyanın "Lukoil" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində "Xəzəryanı-Quba" və "Qoşadaş" perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date