Azərbaycan neft ixracını 3,5% azaldıb

Azərbaycan neft ixracını 3,5% azaldıb
  • Clock-gray 16:19
  • calendar-gray 20 Noyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 23,4 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 10,56 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 12,1% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date