Azərbaycanın qazdan əldə etdiyi gəlir 46% artıb

Azərbaycanın qazdan əldə etdiyi gəlir 46% artıb
  • Clock-gray 16:25
  • calendar-gray 20 Noyabr 2019

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 8,7 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,82 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 46,2%-lik artım deməkdir.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date