Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətləri ilə memorandum imzalayıb

Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətləri ilə memorandum imzalayıb
  • Clock-gray 16:40
  • calendar-gray 22 Noyabr 2019

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlərlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında memorandum imzalanıb.

"APA-Economics"in məlumatına görə, təhsil mərkəzində tərəflər arasında keçirilən görüşdə gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub, həmçinin tələbələrin təcrübə-istehsal proqramları, istedadların aşkar edilməsi, müvafiq sahələrdə onların inkişafına şərait yaratmaq, fərqli yaş qruplarından olan şəxslər üçün ömürlük təhsil imkanları və bu məqsədlərə nail olmaq üçün sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq Mərkəzin əsas yer aldığı vurğulanıb.

Görüşün sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər arasında yer alan "Sigma Technical Servises", "Suez" və "Alstom" kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq memorandumu imzalanıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date