Gürcüstan ilk külək elektrik stansiyasını satıb

Gürcüstan ilk külək elektrik stansiyasını satıb
  • Clock-gray 11:36
  • calendar-gray 15 Noyabr 2019

Gürcüstanın ilk külək elektrik stansiyası olan “Kartli” hərracda 14,4 mln. ABŞ dollarına satılıb.

APA-nın yerli bürosu xəbər verir ki, satınalmanı “JSC Georgian Capital” sərmayə qrupuna məxsus olan “Georgian Wind Company” həyata keçirib. Gürcüstan Enerji İnkişaf Fondu və Gürcüstan Neft və Qaz Korporasiyasının elan etdiyi ictimai hərracda ilkin qiymət 14,12 mln. dollar olub.

Qeyd edək ki, 2016-cı ilin dekabrında tamamlanan “Kartli” KES 20,1 MVt gücündədir. Onun illik istehsal gücünün 84,1 mln. kV-s olduğu bildirilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date