“Uzbekneftegaz” və SOCAR müştərək müəssisə yaradır

“Uzbekneftegaz” və SOCAR müştərək müəssisə yaradır
  • Clock-gray 15:41
  • calendar-gray 21 Noyabr 2019

“Uzbekneftegaz” və SOCAR Özbəkistandan Avropaya karbohidrogen tədarükü üçün ticari müştərək müəssisə yaratmağı planlaşdırırlar.

APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Daşkənddə “Uzbekneftegaz” rəhbərliyinin SOCAR, SOCAR Trading və Chemtrade şirkətlərinin nümayəndələri ilə görüşündə bildirilib.

Qeyd edək ki, tərəflər oktyabr ayında Özbəkistan şirkətinin rəhbərliyinin Bakıya səfəri zamanı əməkdaşlıq barədə razılığa gəlmişdilər. Görüşdə ticarət əməliyyatlarının aparılması üçün müştərək müəssisə yaradılması sahəsində perspektivli əməkdaşlığın istiqamətləri müzakirə edilmiş və yeni müştərək müəssisənin sürətlə qurulması üçün növbəti addımlar müəyyənləşdirilmişdi.

Birgə müəssisə Özbəkistanla birbaşa nəqliyyat dəhlizləri olmayan digər ölkələr kimi Avropanın ixrac bazarlarını inkişaf etdirməyə imkan verən "Uzbekneftegaz" üçün yeni bir istiqamət olacaq.

Digər xəbərlər

Arxiv

date