Azərbaycan şərabları Polşada beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycan şərabları Polşada beynəlxalq sərgidə nümayiş olunacaq
  • Clock-gray 17:51
  • calendar-gray 19 Noyabr 2019

Noyabrın 20-də Polşanın Krakov şəhərində “Enoexpo” Beynəlxalq Şərab Sərgisi açılacaq.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə ölkədə istehsal edilən şərab və konyaklar “Made in Azerbaijan” stendində nümayiş olunacaq.

Polşada ənənəvi olaraq keçirilən “Enoexpo” Beynəlxalq Şərab Sərgisi noyabrın 22-dək davam edəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date