
- apa.az
- Siyasi
Xankəndi və Soçidə verilən bəyanatlar: Məqsəd fərqli, məkan fərqli - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən forumunda çıxışı böyük rezonans yaradıb. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına verdiyi tutarlı cavab təkcə Azərbaycan və Ermənistanda deyil, beynəlxalq arenada da böyük marağa səbəb olub.
Prezident çıxışında Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlət başçısı Ermənistan Baş nazirinin “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatının isə sadəcə yalan olduğunu qeyd edib, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirib.
Azərbaycan Prezidenti nüfuzlu dövlət başçılarının və siyasi xadimlərin iştirak etdiyi konfransda “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını verməklə, rəsmi Bakının öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini növbəti dəfə açıqlamış oldu. Belə bir qətiyyətli bəyanatın məhz Rusiyada və nüfuzlu “Valday” Diskussiya Klubunun toplantısında səsləndirməsi də sıradan məsələ deyil. Xatırlayaq ki, bir qədər öncə Nikol Paşinyan ABŞ-da, Los-Ancelesdə “Qarabağın Ermənistan olması” ilə bağlı beynəlxalq hüquqa ziddi bəyanat səsləndirmişdi. Lakin gözlədiyi reaksiyanı ala bilmədi. Birləşmiş Ştatların nə siyasi dairələri, nə də nüfuzlu KİV-i Paşinyanın bəyanatına əhəmiyyət vermədi. Məsələ ondadır ki, Paşinyan özünü Vaşinqtonun “məxməri inqilab” planı üzərində hakimiyyətə gəlmiş siyasi qüvvə adlandırırdı. Lakin ümidləri doğrulmadı. Paşinyana ABŞ-dan gözlənilən dəstək gəlmədi. Vaşinqton Paşinyanın xarici siyasətdə yol verdiyi kobud səhvləri ona bağışlamaq fikrində deyil. Hakimiyyətə gəlməzdən öncə Ermənistan parlamentində etdiyi çıxışlarda tam fərqli mövqe sərgiləyən Paşinyan Dağlıq Qarabağ probleminin həllində kompromisə gedəcəyinə və Qərbə inteqrasiya siyasəti yürüdəcəyinə dair vədlər verirdi. Baş nazir kürsüsünə əyləşəndən sonra isə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın heç bir güzəştə getməyəcəyini və ilhaq siyasətinin davam edəcəyini açıqladı. Ermənistanın avrointeqrasiya siyasəti isə daha çox ABŞ-ın rəqibi Fransa ilə tərəfdaşlıq münasibətlərini ikitərəfli qaydada artırmaqdan ibarət oldu. Bu da Paşinyanın ABŞ siyasi dairələri tərəfindən qəbul edilməməsində mühüm amil sayıla bilər.
Qeyri-ardıcıl diplomatiya kursu yeridən Paşinyan Rusiya ilə münasibətdə də bir çox təzadlı davranışlara yol verir ki, bu da Moskva tərəfindən birmənalı qarşılana bilməz.
Paşinyanın yürütdüyü qeyri-ardıcıl siyasət nəticəsində Rusiyanın İrəvana təzyiqlərinin artacağı proqnozlaşdırılır. Naşılığı və səriştəsizliyi, eyni zamanda heç bir dövlətçilik bacarığı olmayan Paşinyan xarici siyasətdə ciddi yanlışlıqlara yol verməklə yanaşı, daxili siyasətdə də heç bir uğura imza ata bilmir. Onun “məxməri inqilab” kimi qələmə verdiyi prosesdən artıq uzun müddət keçməsinə baxmayaraq, ölkədəki sosial-iqtisadi problemlər həll edilməmiş qalır.
Paşinyanın dünyada və ölkəsində nüfuzunun sürətlə düşməsi fonunda Azərbaycan Prezidenti İlham Əliyevin istər beynəlxalq tədbirlərdə iştirakı, istərsə də səsləndirdiyi bəyanatlar ölkə daxilində ciddi dəstək qazanır. Heç bir şübhə yoxdur ki, Prezident Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ölkə daxilində yalnız iqtidarı dəstəkləyənlərin deyil, əks cəbhədə dayananların da ürəyincə olub. Bu məsələdə iqtidar, müxalifət, media, vətəndaş cəmiyyəti yekdillik nümayiş etdirir.
Son vaxtlar Paşinyanın dilindən səslənən təxribatçı bəyanatlar və hərəkətlər dünya gücləri tərəfindən mənfi qarşılanır. Rəsmi Bakı isə təmkinli siyasət nümayiş etdirir, lakin öz mövqeyini də sərt şəkildə bildirir - “Qarabağ Azərbaycandır və nida işarəsi”.
Diqqət yetirilməli olan ən vacib amil isə Qarabağla bağlı səslənən iki bəyanatın məqsədi və səsləndirildiyi məkanla bağlıdır. Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı daxili auditoriyaya hesablanıb. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər zamanı bu ifadələri işlədən Paşinyanın daha çox getdikcə azalan reytinqinin qayğısına qalmaq, istər Ermənistan, istərsə də Dağlıq Qarabağda yaşayan ermənilər arasında düşən nüfuzunu qaldırmaq barədə düşündüyü heç bir şübhə doğurmur. Onun bu bəyanatı separatçı, heç kim tərəfindən tanınmayan və qəbul edilməyən, dünyanın da işğal olunmuş, ən pis halda isə mübahisəli ərazi kimi qəbul etdiyi Dağlıq Qarabağdan, Xankəndindən səsləndirməsi o ehtimalı daha da gücləndirir ki, məqsəd və hədəf məhz daxili auditoriya olub.
Azərbaycan Prezidentinin bəyanatının məqsədi və seçdiyi məkanın statusu isə tamam fərqlidir. Dövlət başçısı nüfuzlu siyasi səhnədən bir daha dünyanın diqqətinə çatdırdı ki, Azərbaycan heç vaxt Qarabağın, torpaqlarının işğalı ilə razılaşmayacaq. Bəyanatın səsləndiyi yer də məqsədlə tam mütənasiblik təşkil edirdi - nüfuzlu liderlərin fikir mübadiləsi apardığı, dünyanın gündəminin müzakirə olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısı. Prezident həm özünün, həm də ölkəsinin mövqeyini bir daha ortaya qoydu, mesajını hər kəsə açıq şəkildə çatdırdı - işğalla barışmayacağıq, torpaqlarımızı, Qarabağı azad edəcəyik.
Bu bəyanatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas aktorlardan olan Rusiyada və bu ölkənin Prezidenti Vladimir Putinin iştirak etdiyi toplantıda səsləndirilməsi də sıradan hadisə kimi qəbul edilməməlidir. Prezident İlham Əliyev "Valday" forumuna dəvət olunur, Rusiya Prezidenti Vladimir Putin tərəfindən yüksək səviyyədə qarşılanır, iki lider arasında səmimi görüş keçirilir, görüşdə Azərbaycanla Rusiyanın münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunur, ardınca da Azərbaycan Prezidenti "Valday" forumunda belə bir bəyanatla çıxış edir. Özü də bu, Paşinyanla Putin və Ermənistanla Rusiya arasında münasibətlərdə uzun müddətdir müşahidə olunan soyuqluq və gərginlik fonunda baş verir. Bu gedişlə Paşinyan və ölkəsi daha çox güvəndiyi Rusiyanın da dəstəyindən məhrum olacaq. Bax, onda yalançı demokratın "Arsax Ermənistandır. Nöqtə" deməyə heyi, “Qarabağ Azərbaycandır və nida işarəsi” həqiqətini isə qəbul etməkdən başqa yolu qalmayacaq.
APA Analytics

Digər xəbərlər
XƏBƏR LENTİ
DYP: "EuroHome"da yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb
Komitə sədri: “Ölkəmizdə din pərdəsi altında gizlənərək, öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub”
BP: Karbohidrogen hasilatı prosesinin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron qapılar quraşdırılıb
Antarktikaya uçan Çiliyə məxsus hərbi təyyarə yoxa çıxıb
Ticarət mərkəzində baş verən verən yanğında 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB 1
"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - YENİLƏNİB-4 - FOTOSESSİYA - VİDEO
Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlanıb
Nazir müavini: "Azərbaycanda yüngül hasil oluna bilən neft yataqları olmasa da, alternativ enerji mənbələri mövcuddur"
Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib
DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub
Rövnəq Abdullayev: "Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft və 900 mlrd. kubmetrə yaxın qaz hasil edilib"
Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib
Şirvanda yeni doğulan körpə ölüb
DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb
Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
BNA: "EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
Astarada narkotik satan şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərib
Atəşkəs rejimi 20 dəfə pozulub
“Traktor”un prezidenti istefa verib
AMB-nin valyuta məzənnələri
Neft yenidən ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
FHN Ağdamdakı yanğınla bağlı məlumat yayıb
Zelenski: "Ukraynalılar istənilən dildə, o cümlədən rus dilində də danışa bilirlər"
Ərdoğan Türkiyənin “S-400”dən imtina etməyəcəyini açıqlayıb
“Aeroflot” dekabrın 10-da Şeremetevodan Parisə uçuşları ləğv edib
Bakıda gölməçədə batan “Mercedes”in sürücüsü xilas edilib
İrandan ABŞ-a açıq mesaj: “Biz hazırıq”
Ağdamda evin yanması nəticəsində bir ailənin 3 üzvü tüstüdən zəhərlənib - YENİLƏNİB
Şəki sakini Gəncədə dəm qazından boğularaq ölüb
Parisdə keçirilən "Normand dördlüyü" danışıqlarının yekun sənədi qəbul olunub
Rusiya Prezidenti: "Dünyada heç bir konflikt münaqişəli tərəflər arasında birbaşa dialoq olmadan həll olunmayıb"
Putin Almaniyadan rus diplomatların çıxarılmasına münasibət bildirib
Vladimir Putin: WADA-nın qərarı Olimpiya Xartiyasına ziddir
Ukraynada Prezident Admnistarsiyasının qarşısında mitinq keçirilib
Mövlud Cavuşoğlu: “Fransada mətbuata edilən təzyiqləri qətityətlə qınayırıq”
“Arsenal” əzmkar qələbə qazanıb
Qaradağda kişini avtomobil vurub
Bakıda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb
Bakıda gənc tanımadığı şəxslər tərəfindən döyülüb
Bakıda 56 yaşlı kişini avtomobil vurub
Qaradağda gənc mübahisə zəminində bıçaqlanıb
Çempionlar Liqasında 1/8 finala 6 vəsiqə sahibini tapacaq

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası