16 şəhər və rayonda fəaliyyətinə icazə verilən əməkdaşlar “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər

16 şəhər və rayonda fəaliyyətinə icazə verilən əməkdaşlar “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər
  • Clock-gray 00:01
  • calendar-gray 05 İyul 2020

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşların hərəkətinə icazə verilir.  

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin şəxslər Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilərlər.

apa-logo-mini

Digər xəbərlər