"ABAD"-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri dəyişib

"ABAD"-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri dəyişib
  • Clock-gray 13:38
  • calendar-gray 12 Avqust 2020

"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. 

APA-nın məlumatına görə, bu barədə şöbənin keçmiş rəhbəri Turanə Qasımova məlumat verib. Onun sözlərinə görə, "ABAD"-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə Ləman Əhmədova rəhbərlik edəcək. 

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib. O, fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.

Günay Elşadqızı

Digər xəbərlər