AQTA pestisid və aqrokimyəvi maddələrin satışı məntəqələrində monitorinq keçirib

AQTA pestisid və aqrokimyəvi maddələrin satışı məntəqələrində monitorinq keçirib
  • Clock-gray 12:01
  • calendar-gray 28 Fevral 2020

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Sumqayıt şəhəri və Abşeron rayonunda pestisid və aqrokimyəvi maddələrin satışı məntəqələrində  monitorinq keçirilib. 

AQTA-dan APA-ya verilən məlumata görə, monitorinq zamanı preparatların istehsal tarixinə, mal qonşuluğu prinsiplərinə riayət edilməsinə xüsusi diqqət yetirilib. Həmçinin bitki mühafizə vasitələrinin saxlanıldığı yerlərdə temperatur və rütubət rejiminə əməl edilməsi, istifadəyə yararsız preparatların və istifadə edildikdən sonra preparatların qablarının qanunvericiliyin tələblərinə uyğun olaraq zərərsizləşdirilməsi qaydaları sahibkarlara izah edilib.

Monitorinq zamanı istifadə müddəti bitmiş preparatlara rast gəlinməyib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date