ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub
  • Clock-gray 10:30
  • calendar-gray 07 İyul 2020

"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub". 

Bunu APA-ya açıqlamasında ATU-nun mətbuat kabiti Günel Aslanova deyib.

O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir: "6 nəfər evə buraxılıb.  Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar". 

 

Əsmər Qabil

Digər xəbərlər