Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib

Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib
  • Clock-gray 12:00
  • calendar-gray 17 Yanvar 2020

"Ötən il Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb: "Bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb. Növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq".

AQTA sədri qeyd edib ki, heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla, ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanıb. Bununla əlaqədar Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date