Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maska hazırlanması kampaniyasına qoşulub - FOTO

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maska hazırlanması kampaniyasına qoşulub - FOTO
  • Clock-gray 20:55
  • calendar-gray 06 Aprel 2020

Koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq, infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Evdə Qal” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

Komitədən APA-ya verilən məlumata görə, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə Mərkəzlərin könüllüləri və ictimai əsaslarla Komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb.

Ümumilikdə tikilən 1000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda “Evdə Qal” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hamını karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək, bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date