"Avrora Qrup" məktəblilərə dəstək olub - FOTO

"Avrora Qrup" məktəblilərə dəstək olub - FOTO
  • Clock-gray 12:13
  • calendar-gray 18 Sentyabr 2020

15 sentyabr Bilik günü ilə əlaqədar “Avrora” şirkəti sosial məsuliyyət proqramına uyğun olaraq Qusar rayonunun Cağar kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib.

Görüşdə çıxış edən məktəb direktoru və “Avrora” şirkətinin əməkdaşları şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib,  onlara uğurlar arzulayıb.

Qeyd edək ki, “Avrora” 2020-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd sosial təminatı zəif uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

APA-Economics

Digər xəbərlər