AzTU-da yeni təyinat olub

AzTU-da yeni təyinat olub
  • Clock-gray 15:00
  • calendar-gray 24 Yanvar 2020

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub. 

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub. 

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.  

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək  “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date