Azərbaycan Prezidentinin köməkçisi: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”

Azərbaycan Prezidentinin köməkçisi: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”
  • Clock-gray 17:21
  • calendar-gray 03 Avqust 2020

“Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır: “Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir”.

Firuzə Vahid

Digər xəbərlər