Azərbaycanda 23 marşrut üzrə qarölçmə işlərinə başlanılıb

Azərbaycanda 23 marşrut üzrə qarölçmə işlərinə başlanılıb
  • Clock-gray 15:49
  • calendar-gray 25 Fevral 2020

“Fevralın 24-dən Azərbaycanın dağlıq ərazilərində 4 istiqamətdə qarölçmə işlərinə başlanılıb”. 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qax, Quba, Qusar, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağlıq ərazilərində 23 marşrut üzrə qarölçmə işləri aparılacaq: “Qarölçmə işləri yekunlaşandan sonra martın ortalarına yaxın yaz-yay gursusluluq dövrünün proqnozu hazırlanacaq. Dağlıq ərazilərdə qarın hündürlüyü, sıxlığı və sululuğunu təyin edəcəyik. Bundan sonra nə qədər qar ehtiyatının olduğunu və bunun çayların sululuğuna necə təsir edəcəyini deyə biləcəyik".

Baş hidroloq vurğulayıb ki, qarölçmə işləri martın 6-na kimi davam edəcək.

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date