Azərbaycanda 84 xarici ölkədən 5000-dən çox tələbə təhsil alır

Azərbaycanda 84 xarici ölkədən 5000-dən çox tələbə təhsil alır
  • Clock-gray 19:09
  • calendar-gray 21 Yanvar 2020

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 84 xarici ölkədən 5,5 min tələbə də təhsil alır. 

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq və Türkmənistan Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.  

2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.

Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.   

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date