Azərbaycanda “Ağıllı şəhər” pilot layihəsinin gerçəkləşdirilməsi imkanları araşdırılacaq

Azərbaycanda “Ağıllı şəhər” pilot layihəsinin gerçəkləşdirilməsi imkanları araşdırılacaq
  • Clock-gray 18:45
  • calendar-gray 27 Fevral 2020

Azərbaycanda “Ağıllı şəhər”lə bağlı pilot layihənin həyata keçirilməsi imkanları araşdırılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparmalı və pilot layihə həyata keçirilməsi imkanlarını müəyyənləşdirməlidir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date