Azərbaycanda apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur

Azərbaycanda apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur
  • Clock-gray 15:26
  • calendar-gray 22 May 2020

Apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinin artırılması təklif olunur.

APA-nın məlumatına görə, bununla əlaqədar Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif olunur.

Qüvvədə olan qanunvericiliyə əsasən, apelyasiya instansiyası məhkəməsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir.

Layihəyə əsasən, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri sırasına xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxılmasının əlavə olunması təklif edilir.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date