Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub, 6 nəfər sağalaraq evə buraxılıb

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub, 6 nəfər sağalaraq evə buraxılıb
  • Clock-gray 12:03
  • calendar-gray 03 Aprel 2020

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

Firuzə Vahid

Digər xəbərlər