Azərbaycanda kimlərə pulsuz maska verildiyi açıqlanıb

Azərbaycanda kimlərə pulsuz maska verildiyi açıqlanıb
  • Clock-gray 18:37
  • calendar-gray 08 Aprel 2020

"Vacib olan sahələrdəki şəxslərə - həkimlərə, xəstələrə, polisə, gömrük orqanları əməkdaşlarına pulsuz maska paylanır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda bazarda maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar ala bilməsin: "Sadəcə, qıtlıq var idi, bu qıtlıq da aradan qaldırılır. Əgər ehtiyac yaranarsa, dövlətin bütün ehtiyatları var. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date