Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qaynar xətlər fəaliyyətə başlayıb

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qaynar xətlər fəaliyyətə başlayıb
  • Clock-gray 10:00
  • calendar-gray 28 Fevral 2020

Azərbaycanda koronavirus xəstəliyi ilə mübarizə məqsədilə yaradılan qərargah fəaliyyətə başlayıb. 

APA-nın məlumatına görə, ötən gün Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date