Azərbaycanda koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb, 32 nəfər sağalıb, 5 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb, 32 nəfər sağalıb, 5 nəfər vəfat edib
  • Clock-gray 12:08
  • calendar-gray 03 Aprel 2020

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 443 nəfərə çatıb.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

apa-logo-mini

Digər xəbərlər