Azərbaycanda orqan köçürülməsinə ehtiyac yaranan canlı donor orqanla növbədənkənar təmin olunacaq

Azərbaycanda orqan köçürülməsinə ehtiyac yaranan canlı donor orqanla növbədənkənar təmin olunacaq
  • Clock-gray 19:00
  • calendar-gray 01 İyun 2020

Azərbaycanda canlı donorun hüquqları müəyyənləşir.

APA-nın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, canlı donorun hüquqları aşağıdakılardır:

- tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;

- bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;

- istənilən mərhələdə öz donor orqanını verməkdən imtina etmək;

- daimi dispanser müşahidəsində olmaq;

- özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq;

- donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müavinət almaq;

- donorluqla əlaqədar əlil olarsa, əmək stajından  və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri  və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Canlı donor donor orqanı götürüldükdən sonra yaşayış yeri üzrə dövlət tibb müəssisəsində müşahidəyə götürüləcək və daimi dispanser qeydiyyatına alınacaq. Dispanser müşahidəsi məlumatları hər il canlı donorlar reyestrinə daxil ediləcək.

Firuzə Vahid

Digər xəbərlər