Azərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu bu gün başa çatır

Azərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu bu gün başa çatır
  • Clock-gray 08:00
  • calendar-gray 12 Dekabr 2019

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu bu gün başa çatır.

APA-nın xəbərinə görə, müsabiqəyə sənəd qəbulu noyabrın 12-də elan olunub.

Sənəd qəbulu bu gün sat 18.00-da başa çatacaq.

Müsabiqədə Azərbaycan vətəndaşı olmayan, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusilə ağır,  habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar, dini qurumlar iştirak edə bilməzlər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date