Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb

Azərbaycanın 16 şəhər və rayonunda bəzi iş və xidmət sahələrinin fəaliyyəti iyulun 20-dək dayandırılıb
  • Clock-gray 00:01
  • calendar-gray 05 İyul 2020

2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bəzi iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir. 

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həmin ərazilərdə aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət qadağan edilib:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

- muzey və sərgi zallarının fəaliyyəti;

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. 

apa-logo-mini

Digər xəbərlər