“Azərxalça” ASC-in hüquqi ünvanı dəyişib

“Azərxalça” ASC-in hüquqi ünvanı dəyişib
  • Clock-gray 16:38
  • calendar-gray 02 İyul 2020

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı dəyişib.

APA-nın məlumatına görə,  bu, Nazirlər Kabinetinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarına etdiyi müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, cəmiyyətin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1, AZ 5002 kimi qeyd edilib.

İndiyə qədər cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2, AZ1110 idi.

Firuzə Vahid

Digər xəbərlər