BNA: Pik saatlarda sərnişin tələbatının qarşılanması üçün ehtiyat avtobuslar cəlb olunub

BNA: Pik saatlarda sərnişin tələbatının qarşılanması üçün ehtiyat avtobuslar cəlb olunub
  • Clock-gray 17:44
  • calendar-gray 20 Oktyabr 2020

Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Qeyd olunub ki, ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır. 

Bildirilib ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir: "Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

Əsmər Qabil

Digər xəbərlər