BŞİH rəsmisi: "Bakıda məişət tullantılarının daşınması ilə əlaqədar islahat aparılır"

BŞİH rəsmisi: "Bakıda məişət tullantılarının daşınması ilə əlaqədar islahat aparılır"
  • Clock-gray 18:23
  • calendar-gray 03 Avqust 2020

"Bu gün Bakı şəhərində məişət tullantılarının daşınması ilə əlaqədar islahat aparılır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, Britaniya şirkəti ilə əməkdaşlıq edilir: “Pilot layihə olaraq Nərimanov rayonu seçilib. Bundan sonra Bakının digər rayonlarında da bu proses gedəcək. Bakı şəhərində qoyulan konteynerlərin sayı artırılır. Hansısa ünvanda konteynerin götürülməsi subyektiv və obyektiv səbəblərlə bağlı olur”.

Firuzə Vahid

Digər xəbərlər