Badamdarda sürüşmə kütləsinin üzərində dəyişiklik olub - YENİLƏNİB

Badamdarda sürüşmə kütləsinin üzərində dəyişiklik olub - YENİLƏNİB
  • Clock-gray 15:50
  • calendar-gray 14 Fevral 2020

Xəbərə fotolar əlavə olunub

***

saat 14:10

“Badamdarda sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb. Həmin ərazidə axan torpaq durmuşdu, indi yavaş-yavaş bir hissəsi ayrılır, çökür".

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib.

O bildirib ki, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, bu gün sürüşmə kütləsinin üzərində dəyişiklik olub, hazırda monitorinq aparılır.

Sürüşmə sahəsində gərginlik qalmaqdadır. 

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

 

Əsmər Qabil

Digər xəbərlər