Bakıda 150 kiloqram yararsız at əti aşkarlanıb - FOTO - VİDEO

Bakıda 150 kiloqram yararsız at əti aşkarlanıb - FOTO - VİDEO
  • Clock-gray 02:18
  • calendar-gray 03 İyul 2020

Bakının Qaradağ rayonunda at kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb.

APA xəbər verir ki, Lökbatan massivində yerləşən fermanın həyətində atların kəsilməsi ilə məşğul olan şəxs Azərbaycan Qida Təhlükəsizlik əməkdaşları tərəfindən ifşa edilib. AQTA-nın Bakı Regional Şöbəsi və Qaradağ rayon polis idarəsinin əməkdaşları ilə birgə fermaya baxış keçirilib. Müəyyən olunub ki, atlar qanunsuz olaraq antisanitar şəraitdə 1982-ci il təvəllüdlü  Babayev Füzuli Hidayət oğlu tərəfindən kəsilib. Kəsim üçün hazır olan beş at və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqram ət müsadirə olunub. O cümlədən fermanın xüsusi olaraq hazırlanmış otaqlarından at içalatları aşkar edilib.

F. Babayev APA-ya bildirib ki, həmin atların əti təmizdir, özü də o ətdən istifadə edir.

AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini  Elxan Məmmədovun sözlərinə görə, ətlərdən nümunələr götürülərək ekspertizaya göndərilib.

Qurum bu cür halların qarşısını almaq üçün reydlərə davam etdirəcək.

 

Nurlan Əli

Digər xəbərlər