Bakıda “Azəriqaz”ın adından istifadə edən şəxslər peyda olub - VİDEO

Bakıda “Azəriqaz”ın adından istifadə edən şəxslər peyda olub - VİDEO
  • Clock-gray 16:56
  • calendar-gray 10 Fevral 2020

“Azəriqaz”dan APA-ya verilən məlumata görə, bir neçə nəfərin rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim etməsi və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edtməsinə dair məlumat daxil olub. Araşdırmalar zamanı həmin şəxslərin paytaxtın Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olmaları, smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul almaları müəyyən edilib. Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar: “Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir. Bir daha bəyan edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date