Bakıda Pakistan şirkətlərinin əczaçılıq sərgisi keçirilir - FOTO

Bakıda Pakistan şirkətlərinin əczaçılıq sərgisi keçirilir - FOTO
  • Clock-gray 12:37
  • calendar-gray 10 Dekabr 2019

Bakı Biznes Mərkəzində Pakistanın “Globo Asia” şirkətinin təşkilatçılığı ilə əczaçılıq sərgisi keçirilir.

APA-nın xəbərinə görə, sərgidə Pakistanın 10-dan artıq əczaçılıq şirkəti öz məhsullarını nümayiş etdirir.

Açılış mərasimində bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanda partnyor şirkətlər və distribütorlar tapmaq, həmçinin Pakistanın böyük farmasevtik şirkətlərinin burada nümayəndəliklərinin açılmasını təmin etməkdir.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand ölkəsinin əczaçılıq sahəsindəki təcrübəsindən danışıb.

Pakistan Əczaçılıq Assosiasiyasının katibi Çodri Anser Faruq Pakistan şirkətləri üçün Azərbaycanın əlverişli bazar olduğunu qeyd edib: “Ümid edirik ki, burada əməkdaşlıq etmək və öz məhsullarımızı tanıtmaq üçün lazımi partnyor şirkətləri tapacağıq”.

Qeyd edək ki, sərgi sabah da öz işini davam etdirəcək.

 

Ramal Məmmədli

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date