Bakıda boya fabrikində yanğın havanın çirklənməsinə səbəb olub

Bakıda boya fabrikində yanğın havanın çirklənməsinə səbəb olub
  • Clock-gray 14:53
  • calendar-gray 06 İyul 2020

İyulun 4-də Bakının Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol  verilən qatılıq həddini keçib.

Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.

Əsmər Qabil

Digər xəbərlər