Bakıda uşaq xəstəlikləri mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda uşaq xəstəlikləri mövzusunda beynəlxalq konfrans keçiriləcək
  • Clock-gray 13:13
  • calendar-gray 18 Fevral 2020

Bakıda Uşaq xəstəliklərinin menecmentinə dair beynəlxalq konfrans keçiriləcək.

APA-nın xəbərinə görə, fevralın 22-də “Caspian Business Hotel”də

baş tutacaq tədbirin təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Beynəlxalq Sağlamlıq və Gözəllik Akademiyası (International Health and Beauty Academy - IHB Academy) və “Uptodate in Medicine”dir.

Konfransda Azərbaycan və Türkiyədən olan ekspert-məruzəçilər tərəfindən pediatrik xəstəliklərin müasir diaqnostika və müalicəsi ilə bağlı çıxışlar olunacaq, geniş müzakirələr aparılacaq.

Beynəlxalq konfransda azyaşlılarda yaranan bir çox problemlər, o cümlədən təkrarlanan qarın ağrıları, vaxtından əvvəl və gecikmiş cinsi inkişaf xəstəlikləri, sümük mübadilə pozğunluqları, pediatriyada doğru sayılan yanlışlar, körpələrdə beyindaxili təzyiq, insulin müqaviməti və vitamin D problemləri, febril qıcolmalar və epilepsiya sindromu və s. mövzular üzrə Azərbaycan və Türkiyədən olan tanınmış mütəxəssislərin təqdimatları dinləniləcək, bir çox suallara aydınlıq gətiriləcək.

Konfrans Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil fəaliyyəti kimi 8  bal ilə akkreditasiya olunub.

Tədbirə APA İnformasiya Agentliyi informasiya dəstəyi verir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date