Baş Prokuror İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb

Baş Prokuror İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
  • Clock-gray 16:37
  • calendar-gray 21 Oktyabr 2020

Baş Prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb. 

Ombudsman Aparatından APA-ya bildirilib ki, Baş Prokuror Kamran Əliyev qonağa Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təcavüzü, beynəlxalq humanitar hüququnun tələblərini pozmaqla mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutması, baş vermis insan təlafatı, dinc əhaliyə qarşı tərədilmiş sülh və insanlıq əleyhinə cinayətlərlə bağlı başlanılmış cinayət işləri barədə geniş məlumat verib.

 

Əsmər Qabil

Digər xəbərlər