Biləsuvar və Astara sərhədlərində təcili yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb - RƏSMİ

Biləsuvar və Astara sərhədlərində təcili yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb - RƏSMİ
  • Clock-gray 14:55
  • calendar-gray 24 Fevral 2020

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Məlumatda qeyd edilib ki, İranla sərhədyanı rayonlardakı -  Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb. Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date